"İnsan hüquqları günü" münasibətilə tədbir təşkil edilib - FOTOLAR
Sabunçu rayon MKS-nin Mərkəzi Kitabxanasında "İnsan hüquqları günü" münasibətilə tədbir təşkil edilib.
QHT.az xəbər verir ki, tədbirdə İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçisi Əmrah Rəhimli, Nəsimi RİHB-nın 2 nömrəli Sahə İƏD üzrə monitorinq sədri, ictimai şuranın katibi Hacıyeva Gülnarə, 309 saylı məktəbin tarix müəllimi Gilə Süleymanzadə, şagirlər və Kitabxananın əməkdaşları iştirak etdi.
Kitabxananın müdiri Nəcibə Hüseynova açıq elan edərək bildirib ki, hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti bütün dəyərlərə sadiq olduğunu bəyan edib.
Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçisi Əmrah Rəhimli çıxışında İnstitutun rəsmi saytında istifadəyə verilmiş Rəqəmsal insan hüquqları resurs xəritəsi haqqında təqdimatla çıxış etmişdir. Rəqəmsal xəritədə respublikanın 77 rayonu üzrə, ümumilikdə 115 məhkəmə, 83 prokurorluq, 83 polis idarəsi, 34 cəzaçəkmə müəssisəsi, 3216 QHT, 39 mediasiya təşkilatı, 60 uşaq evi və sığınacaq, 10 ruhi-əsəb dispanseri və 131 vəkil bürosu daxil olmaqla, 2492 vəkil haqqında məlumatların yer aldığı bildirilib. Həmçinin təlimçi İnstitutun fəaliyyət istiqamətləri və saytda mövcud olan digər maarifləndirici istiqamətlər barədə ətraflı məlumat vermişdir.
Nəsimi RİHB-nın 2 nömrəli Sahə İƏD üzrə monitorinq sədri, ictimai şuranın katibi Hacıyeva Gülnarə qonaqlara çatdırdı ki, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.
309 saylı məktəbin tarix müəllimi Gilə Süleymanzadə bildirdi ki, uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır.