Xəbərlər 10.06.2024 16:46 2119

“Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsinin növbəti tədbiri Şirvan Milli Parkında keçirilib - FOTOLAR

“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Yaşıl düşüncənin yerlərdə təşviqi“ layihəsinin fəaliyyət planınına uyğun olaraq növbəti tədbir Şirvan Milli Parkında keçirilib. 

QHT.az xəbər verir ki, Salyan rayon Çuxanlı kənd tam orta məktəbinin 20 nəfərdən çox şagirdi layihə çərçivəsində Şirvan Milli Parkına təşkil edilən ekoturun ilk dəfə olaraq iştirakçısı olub.

Məktəbin həyətində təşkil edilmiş toplantıda iştirakçıları Agentlik adından salamlayan layihə rəhbəri Rüstəm Məlikov tədbirin məqsəd və məramları barədə danışmış,  ilk dəfə iştirak etdiklərinə görə onlara məsləhət və tövsiyələrini bildirib.

Parkın Bakı - Salyan avtomobil yolunun Yenikənd ərazisində yerləşən baş ofisində məktəbli qonaqları buranın mehriban kollektivi qarşılayıb. Milli Parkın əməkdaşı Hikmət Qənbərov ekoloji məlumat mərkəzində parkın ümumi ərazisi, burada müxtəlif ekosistemlər qovşağında mövcud olan fauna və flora barədə, ərazidə tapılan tarixi əhəmiyyət daşıyan tapıntılar və turistləri daha çox maraq edən marşurutlar haqqında  məlumatlar verib.

Daha sonra park əməkdaşlarının iştirakı ilə ərazidə “Qızıl qaz” gölünə səfər edilmişdir. Kənd məktəbliləri səfər boyu canlı təbiətlə təmasda olub, quşları, ceyranları və digər biomüxtəliflikləri maraqla seyr edib və təbiət haqqında məlumatları zənginləşib.

 Uşaqlar  öyrənmişlər ki, adı “Qırmızı kitaba” düşmüş çoxlu sayda heyvan və quşlar qızılqazlar, ceyranlar, ilanlar, tısbağalar buradakı biomüxtəliflik şəraitində öz mövcudluqlarını davam etdirirlər. Burada 230 növ quş qeydə alınıb. Məktəblilər şəkillərini dərsliklərdə gördükləri, adlarını ilk dəfə eşitdikləri yaşılbaş ördəklər, fitçi cürə, boz ördək, marek, cırıldayan cürə, enliburun ördək, flaminqo, fısıldayan qu, qaşqaldaq, dərin su sahələrində isə qırmızıburun, qırmızıbaş və digər biomüxtəliflilər barədə məlumatları maraqla dinləyiblər. Məktəbli turistlərə izah olunub ki, yaşıl iqtisadiyyatımızı qurmaq naminə təbiətimizi burada mövcud olan canlıları qorumalı, ətraf mühitin mühafizəsində könüllü olaraq iştirak etməliyik.

Gün ərzində səfər iştirakçılarını maraqlandıran suallara cavablar verilib və məktəbli turistlər zəngin təəsüratla doğma kəndə qayıdıblar.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı