Xəbərlər 27.05.2024 10:58 1617

Şəhid Övladlarından İbarət "Zəfər" Komandası Teknofest 2024-də Növbəti Mərhələyə Vəsiqə Qazanıb

Şəhid övladlarından ibarət "Zəfər" komandası Teknofest 2024 yarışmasında növbəti mərhələyə vəsiqə qazanıb!

QHT.az xəbər verir ki, "Zəfər" İB-nin üzvü olan şəhid övladlarından ibarət komanda "Sağlamlıq və ilk yardım" kateqoriyası üzrə yarışmada "TRİTON" layihəsi ilə iştirak edir.

Qeyd edək ki, "TRİTON" layihəsi sağlamlıq sahəsində ilk yardım proseslərinin təkmilləşdirilməsini hədəfləyir. Layihənin məqsədi, ilk yardımın daha sürətli və effektiv şəkildə həyata keçirilməsini təmin etməkdir. Komandanın bu uğuru, şəhid övladlarının iradə və bacarıqlarının təcəssümüdür və onların ölkəmizin inkişafına verdiyi dəyərli töhfələrin bir göstəricisidir.

"Zəfər" komandası, böyük əzmlə çalışaraq bu mərhələyə çatıb və növbəti mərhələdə də uğurla çıxış etməyə hazırdır. Onların bu uğuru, həm də bütün şəhid ailələri üçün bir qürur mənbəyidir. "Zəfər" komandasına gələcək mərhələlərdə də uğurlar arzulayır və onların bu yolda atdıqları hər bir addımın dəstəkçisi olmağa davam edirik.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı