İstanbulda Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəm xidmətlərinə çıxış imkanların vəziyyəti təhlil olunur - FOTOLAR
May ayının 21 dən Türkiyə Respublikasının İstanbul şəhərində - ECAT (Eurasion Community for Access to Treatment); ITPC EECA (İnternational Treatment Preparedness Coalition Easterm Europe and Sentral Asia); TBEK (TB Europae Coalition) təşkilatçılığı və maliyyə dəstəyi ilə “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində vərəm xəstəliyinin müalicəsinə çıxış imkanlarının idarə edilməsi” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
QHT.az xəbər verir ki, "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin sədri Çingiz Ramazanlı bu barədə məlumat verib. O, çox böyük bir fəxarət hissi ilə bildirib ki, bu görüşdə Azərbaycan vətəndaş cəmiyyəti institutu təşkilatı qismində ölkədə vərəm komponenti üzrə birbaşa fəaliyyət göstərən yeganə vətəndaş cəmiyyəti təşkilatı “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi iştirak üçün dəvət alıb: "Seminarda ölkənin vərəm sahəsindəki nailiyyətləri, ötən illərdən fərqli olaraq inkişafa doğru atdığı addımlar, vərəmin təsirinə məruz qalmış insanlara sosial xidmətlərin göstərilməsindəki uğurlar və çatışmazlıqlar işığında gələcək üfüqlərə köklənmiş addımlar və bir sıra aidiyyatı mövzularla bağlı böyük və aktual müzakirələr dinlənilənilir. Həddindən artıq qiymətli və çox məhsuladr olan bu mövzuların araşdırılmasında Tereza Kasayeva, Erin Makkonnel və Kristoff Perrin kimi beynəlxalq mütəxəsislər öz maraqlı çıxışlarını edərək, dəyərli məsləhətlərini bəyan etdilər. Konfransın birinci günü hansı ölkədən vətəndaş cəmiyyəti təşkilatı dəvət olunmuşdusa həmin ölkənin Milli Vərəm Proqramının nümayəndəsini də dəvət olunmuşdu. Azərbaycandan bu konfransda Elmi Tədqiqiat Ağ Ciyər Xəstəlikləri İnstitunun direktoru İradə xanım Axundova iştirak edirdi".