Xəbərlər 22.05.2024 20:38 2225

QHT sosial bacarıqlarını artırmağa yönəlik təlimlər keçirib - FOTOLAR

Könüllülük proqramı çərçivəsində RİİB könüllülərinin sosial məsuliyyət hissinin, sosial iş sahəsində bilik və bacarıqlarının artırılmasına yönəlmiş növbəti təlimlər Mingəçevir şəhəri, Ağcabədi və Şəki rayonlarında keçirilib.

QHT.az xəbər verir ki, Mingəçevirdə təşkil edilən təlimdə könüllülər “Sosial işin prinsipləri, inklüziv xidmət və könüllülərdə sosial bacarıqların formalaşdırılması” mövzusu üzrə təlimçi Coşqun İsmayılov tərəfindən sosial işin əsas prinsip, məqsəd və vəzifələri, gənclərin bu sahadə göstərdikləri fəaliyyətin əhəmiyyəti, həmçinin cəmiyyətin bütün üzvülərinə bərabər, ədalətli və inklüziv yanaşmanın sosial fəaliyyət zamanı vacibliyi haqqında məlumatlandırılıblar. Sonda könüllülər mövzu üzrə təşkil olunan vörkşopda iştirak edərək, problemli situasiyanın idarə edilməsi ilə bağlı təqdimatlar hazırlayıblar.

Ağcabədi rayonunda təlimə qatılan könüllülər təlimçi Leyla Məmmədxanlı tərəfindən “Sosial iş, sosial dəyişiklik və ictimai təşviqat” mövzusunda ətraflı məlumatlandırılıb və forum teatr təşkil ediblər.

“Sosial işin insan hüquqlarının qorunmasında yeri” mövzusunda Şəkidə təşkil olunan təlimdə isə təlimçi Samir Zamanov sosial işin xüsusiyyətləri, mənəvi və humanist tərəfləri, dövlətin sosial siyasəti, insan hüquqlarının təmin edilməsi və qorunmasında sosial işin əhəmiyyətli rolu haqqında könüllülərə geniş məlumat verib. Təlim zamanı keçirilən vörkşopda könüllülər yeni qazandıqları biliklər əsasında təqdimatlar hazırlayıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı