"Keyfiyyətli barışıq sazişlərinin məzmunu" mövzusunda onlayn görüş keçirilib
21 may 2024-cü il tarixində Mediasiya Şurasının təşkilatçılığı, Bakı 15 saylı Mediasiya Təşkilatının rəhbəri Qasım Şalıyevin ekspertliyi ilə "Keyfiyyətli barışıq sazişlərinin məzmunu" mövzusu üzrə ZOOM platforması üzərindən onlayn görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə məqsəd peşəkar mediatorların təcrübədən irəli gələn məzmunları mediatorlara çatdırması və barışıq sazişlərinin keyfiyyətli məzmunu üzrə müzakirələr aparmaq və qeydlər etmək olub.