Xəbərlər 22.05.2024 17:55 1320

“Azad, firavan yurdum” – Masallıda tədbir

“Azad, firavan yurdum” – Masallıda tədbir

 

Masallıda 28 May – Müstəqilik Gününə həsr olunmuş tədbir keçirilib. 
Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin təqdimatında gerçəkləşən tədbir öncəsi Ulu Öndər Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Masallı Dövlət Regional Kollecinin direktoru Vidadi Nəzərov, rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əlimərdan Abdullayev, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva, kollecin müəllimləri Dilarə Hüseynova, Baba Həsənov çıxışlarında cəmi 23 ay fəaliyyət göstərməsinə rəğmən Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişafındakı rolundan, müstəqilliyini bərpa edən respublikamızın beynəlxalq aləmdəki nüfuzundan, bu yönümdə əbədiyaşar liderimiz Heydər Əliyevin xidmətlərindən, dövlətimizin başçısı İlham Əliyevin qətiyyətli, müstəqil siyasətindən, reallaşdırdığı mütərəqqi islahat və qlobal layihələrdən bəhs ediblər. 
Tədbirdə tələbələrin ifasında “Azad, firavan yurdum” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

Akif AĞAYEV


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı