Xəbərlər 22.05.2024 08:22 2362

"Narkotiklərlə Mübarizə Sağlam Gələcəyin Yoludur" Mövzusunda Maarifləndirici Tədbir - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu Elm və Təhsil Nazirliyi ilə birgə Suraxanı rayonu 87 saylı tam orta məktəbdə “Narkotiklərlə mübarizə sağlam gələcəyin yoludur” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə məktəbin direktoru Elmira Ələkbərova və İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev narkomaniyanın cəmiyyət üçün təhlükəsi və insan orqanizminə zərərlərindən danışıblar.

QHT.az xəbər verir ki, Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayeva, Suraxanı RPİ-nin Yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev və İnstitutun təlimçiləri “Narkotiklərsiz gələcəyə doğru” və “Narkotik, yoxsa uğurlu gələcək?” mövzularında çıxışlar ediblər. Tədbirdə 100-dən çox şagird və müəllim iştirak edib.

Təşkilati dəstəyə görə Elm və Təhsil Nazirliyinə və 87 saylı məktəbin rəhbərliyinə təşəkkür bildirilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı