Xəbərlər 15.05.2024 16:01 1193

FHN-in Qarabağ Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyini keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

 

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

 

Keçirilən yarışda Qarabağ Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

 

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” adlı üç mərhələdən ibarət olub.

 

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Bərdə rayonu, Yeni Daşkənd kənd tam orta məktəbinin komandası I yerə, Ağdam rayonu, Quzanlı qəsəbə tam orta məktəbin komandası II yerə, Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

 

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı