Xəbərlər 15.05.2024 12:25 1607

Nadir Adilov: "Boşanmalar və torpaqlara qayıdış məsələləri ciddiyə alınmalıdır"

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, "Azərbaycan ailəsi: dəyişən və dəyişməyən dəyərlər" mövzusunda keçirilən konfransda, işğaldan azad edilmiş torpaqlara qayıdışla bağlı yaranan süni boşanmalar məsələsini gündəmə gətirib. Adilov, bəzi insanların maddi rifahlarını yaxşılaşdırmaq məqsədilə kağız üzərində boşanma yoluna getdiyini, lakin ailə birliklərini qoruduqlarını qeyd edib. O, bu vəziyyətin mənəvi cəhətdən mənfi olduğunu, amma praktiki baxımdan bəzi ailələr üçün ideal göründüyünü vurğulayıb.

QHT.az xəbər verir ki, Nadir Adilov həmçinin planlaşdırılmış evliliklər mövzusuna toxunaraq, bəzi cütlüklərin sosial və maddi səbəblərdən planlı şəkildə boşanmaq üçün evləndiklərini bildirib: "Torpaqlarımıza geri qayıdışla bağlı acınacaqlı vəziyyət var. Buradakı evi saxlamaq üçün işğaldan azad olunan torpaqlarda nəsə əldə etmək üçün süni boşanmaya gedir. Mənəvi cəhətdən mənfidir, pisdir. Amma həmin adamların marağı tərəfindən baxsaq ideal boşanma prosesidir. Nəyə görə? Adam ailəni saxlayır, uşaqlarına baxır, yoldaşı ilə bir yerdədir, kağız üzərində boşanır. Düşünür ki, o öz ailəsini maddi rifahını bu formada təmin edəcək, sosial yardım, torpaq alacaq".

Azərbaycan dövlətinin nigaha daxil olma məsələlərində səmimi və dürüst olduğunu vurğulayan Adilov, Qərb ölkələri ilə müqayisədə Azərbaycan ailə modelinin daha rəsmi və qeydiyyatlı olduğunu, bu səbəbdən rəsmi boşanma statistikasının daha yüksək göründüyünü qeyd edib: "Digər məsələ planlaşdırılmış evliliklər məsələsidir. Bəzən cütlüklər planlı şəkildə boşanacam deyə planlı şəkildə evlənirlər, Yenə əsassız iddialar-uşaq olsun. Azərbaycan dövləti dünyada nigaha daxil olma məsələlərində ən səmimi, ən dürüst dövlətdir. Müqayisə edəcəm. Qərb bölgədə evlənmək yaşına çatan əhalinin sayı 100 mindir, məlum olur ki, 5 faiz nigaha girib, bu əhalinin cəmi beş 95 faiznın nikahı yoxdur, amma demoqrafik artımda bu əks təsir göstərir, uşaqlar olur, atalıq müəyyən olunur, gənc vətəndaşlara yaşayır. Heç bir qeydiyyat, rəsmi nikahları yox, amma ailə modeli var. Amma bizdə baş verən nigah demək olar ki, 100 faiz rəsmi qeydiyyata alındığı üçün bizim statistika bəzən rəsmi boşanma katastrofik vəziyyət yaradır. Düşünürəm ki, burada da bu məsələ biz irəlidəyik. Nikaha daxil olma məsələsində biz həddən artıq səmimiyik. Bu və digər bir məsələ bu sahədə həyəcan təbili çalmaq lazımdır. Boşanmalar ətrafında ajiotaj yarananda biz hesab edirik ki, bu boşananlara qarşı çox pis vəziyyətdir".

Nadir Adilov, bu məsələlərin ciddiyə alınması və ictimailəşdirilməsinin vacibliyini vurğulayıb, boşanmalara dair yaranan ajiotajın boşanan şəxslərə mənfi təsir etdiyini bildirib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı