"Mediasiya Şurası 2024-cü ilin 1-ci rübündə 11,692 müraciət qəbul edib" - Nadir Adilov
Bu gün Beynəlxalq ailə günündə Sosial Tədqiqatlar Mərkəzində “Azərbaycan ailəsi:dəyişən və dəyişməyən dəyərlər” mövzusunda konfrans təşkil olunub. Konfransda STM-in 2023-cü il ərzində həyata keçirdiyi sorğular əsasında tərtib olunan “Müasir Azərbaycan ailəsi” analitik hesabatının birinci buraxılışı təqdim edildi.
QHT.az xəbər verir ki, Mediasiya Şurasının İdarə heyətinin sədri Nadir Adilov ailə münaqişələrinin həllində tədqiqat əsaslı strategiyaların vacibliyindən danışıb: "2024-cü ilin 1-ci rübündə Mediasiya Təşkilatlarının ölkədə 11 692 müraciət daxil olub, bunlardan 10 308 müraciət tamamlanıb. Bunlardan təxminən 10 000 müraciət ailə mübahisəsinin payına düşür. 522 müraciət kommersiya, 487 müraciət əmək mübahisələrinin, 83 mübahisə isə digər mülki mübahisələrin payına düşür. Burada mübahisə təkcə boşanmadan getmir. Uşaqla ünsiyyət, qızıl zinət əşyaların geri alınması, cehizin geri alınması və s. statistika ailə mübahisələrinin tərkibinə daxildir. Ailə mübahisələrindən təxminən 317 işə xitam verilib, məhkəməyə getməyib”.
Hüquq üzrə fəlsəfə doktorunun sözlərinə görə, mövqeləri vətəndaşların boşanmaması, əsas funksiyaları qanunla müəyyən olunan tərəflər arasında mübahisəni həll etməkdir: "Çox təəssüf ki, biz qərb dövlətlərindən olan Mediasiya Təşkilatlarına bizdəki mübahisə predmetlərini izah edə izah edə bilmirik. Bunlardan biri qızıl zinət əşyalarının geri qaytarılmasıdır. Onlar başa düşmürlər ki, niyə qızıl zinət əşyaları mübahisələnməlidir, məişət problemi niyə məhkəməlik olmalıdır".