Xəbərlər 03.04.2024 20:39 1122

Sankt-Peterburqun Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rusiyanın Sankt-Peterburq şəhərinin Əmək və Əhalinin Məşğulluğu Komitəsinin sədri Dmitri Çerneyko ilə görüş olub.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ölkəmizdə əmək və məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası barədə məlumat verib. 

 

İcra olunan və ildən-ilə genişləndirilən aktiv məşğulluq proqramları diqqətə çatdırılıb. Əmək və məşğulluq sahəsi üzrə innovativ həllərin, elektron texnologiyaların geniş tətbiqi istiqamətində görülən işlər, “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri diqqətə çatdırılıb. 

 

Aparılan islahatlar prosesində digər ölkələrin aidyyəti qurumları ilə əməkdaşlığa xüsusi önəm verildiyi vurğulanıb. 

 

D.Çerneyko qurumlar arasında əməkdaşlığın, təcrübə mübadilələrinin önəmini qeyd edib. Görüşdə əmək və məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı