Xəbərlər 03.04.2024 09:30 2652

Qəhrəman "Aprel" şəhidimiz - mayor Elnur Əliyevin anım günüdür - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elnur Əliyev 2016-cı ilin 1-dən 2-nə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) bitirərək, N saylı hərbi hissədə motoatıcı taqım komandiri kimi orduda xidmətə başlayıb. Mayor Elnur Əliyev aprelin 3-ü isə şəhidimiz Füzuli rayonunda son mənzilə yola salınıb.

Elnur Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 5-dək davam edən və Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən "Aprel" döyüşləri böyük zəfərin başlanğıcı oldu. Döyüşlərdə təqribən 2000 hektarlıq torpaqlarımız düşmən işğalından azad edildi.

Bu qələbə üçün canından keçən bütün şəhidlərimizin qürurla anırıq! Ruhları şad olsun!

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı