Xəbərlər 02.04.2024 14:33 2134

QHT nümayəndələrinin Erməni himayədarlarına mesajı - FOTOLAR

"Qədim tarixə malik Azərbaycan xalqının üzərindən tarixin bütün mərhələlərində qara buludlar ötmüşdür. Hələ ötən əsrin qanlı səhnəsi adlandırdığımız Xocalı faciəsinə bütün dünya şahid oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Xocalı şəhidlərinin qisasını aldı. Azərbaycan xalqı dəmir yumruq kimi birləşərək illərin həsrətinə son qoydu – Qarabağımızı, Xocalımızı Ermənistan işğalından xilas etdi. Öz ata-baba yurdlarından didərgin düşən əhali vətəni ilə qovuşdu. İşğalın üzərindən 32 il keçməsinə baxmayaraq erməni vandallarının törətdiyi faciələr hələ də öz izlərini saxlayır".

QHT.az xəbər verir ki, bu sözləri “Qürur” Şəhid Ailələr Xeyriyyə ictimai birliyinin sədri Naiba Behbudova bildirib. 31 mart 2024-cü il tarixində Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıq aşkar edilib. Xocalı soyqırımı itkinlərindən 7 nəfərin qalıqları 1 aprel 2024-cü ildə doğma Xocalıda torpağa tapşırılıb. Onlar aşağıdakı şəxslərdir:

  1. Əliyev Ağaəli Naib oğlu – 01.06.1933;
  2. Əliyeva Sürəyya Behbud qızı – 01.06.1933;
  3. Səlimov Xəzər Səyavuş oğlu – 01.09.1974;
  4. Səlimova Tamilla Ağamirzə qızı – 01.06.1935;
  5. Cavadov Əli Müsül oğlu – 15.06.1954;
  6. İsmayılov İsmayıl Bəhman oğlu – 01.08.1955;
  7. Nəcəfov Şiraslan Qəmiş oğlu – 1952-ci il təvəllüdlü.

Naiba Behbudova bildirib ki, hər zaman ikili standartlarla çıxış edən qərb diplomatiyası bu cür vandallığa susur, bəyanatlar verməyə çəkinir. Hər zaman demokratiyanı əlində bayraq edərək dalğalandıran qərb ölkələri əsrin faciəsinə qarşı reaksiya göstərməyə, itkin düşmüş minlərlə şəxsin taleyi ilə maraqlanmağa çəkinir. Sözdə və əməldə vandalizimin, işğalçılıq siyasəti yürüdüən Erməni dövlətinə havadar olurlar. Haqlı olaraq sual yaranır. Qərb işğalçıdırmı, yoxsa din qardaşlarını müdafiə edir?

Qərb ölkələrinin tarixi təkrarladan addımları göz qabağındadır. Hazırda Ermənistanı yeni müharibəyə, yeni terrora çağıran dəstəklər, bəyanatlar verir və yenidən Ermənistan bu oyunda alətə çevrilir. Xatırlatmaq lazımdır ki, hələ XI əsrdə Şərqə səlib yürüşünün səbəbkarı məhz Fransa olub. Günümüzdə də Ermənilərə məhz Fransa daha çox himayədarlıq edir. Qərbin hazırladığı planlar Ali Baş Komandan, Prezident İlham Əliyev səyi ilə beynəlxalq arenalarda ifşa olunur. Onların ikili standartları dünya dövlətlərinə çatdırılır.  31 mart dəfn mərasimində Qərb ölkələrinin nümayəndələrinin gözə dəyməməsi məhz onların türkfobiyadan, islamafobiyadan əziyyət çəkmələrini göstərir.

31 mart 2024 cü il tarixində Xocalı məzarlığında, xocalıların qədim qəbristanlığında şəhidlərimiz ehtiramla dəfn edildi. Dəfnin Xocalıda keçirilməsi Azərbaycanın dünyaya “Biz yurdumuza döndük “ mesajıdır.  Bundan başqa bu mərasim  erməni vəhşiliklərinə göz yumub, onları himayə edən Qərb dövlətlərinə də bir mesaj idı. “Ədalətsizliyə son qoyun!” Və nəhayət bu mərasim həm də  “Xocalıya Ədalət”  tələbi idi!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı