QHT sədri uşaqların psixoloji inkişafından danışıb - AÇIQLAMA
Uşaqların həyatları boyu xoşbəxt və balanslı bir fərd ola bilmələri üçün sağlam bir psixoloji inkişaf prosesi keçirmələri son dərəcə əhəmiyyətlidir. Uşaqların psixoloji inkişafına təsir edən amillərdən biri olan müəllimlər və valideynlər arasında əməkdaşlıq uşaqların təhlükəsiz mühitdə böyüməsini, emosional və sosial cəhətdən dəstəklənməsini təmin edir.
QHT.az xəbər verir ki, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rizazadə uşaqların psixologiyasının sağlam inkişafının cəmiyyətin gələcəyi üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Uşaq psixologiyasını düzgün formalaşdırmaq lazımdır. Müəllim və valideyin birliyi olmalıdır. Təəssüf ki, bu birliyin mənası tam başqa tərəflərə yönəlir. Bu məsələ ilə əlaqədar çox fikirlər səsləndirilə bilər. Amma mənim fikrim odur ki, çox pis təsir edir. Mövzu çox ağırdır və ona görə bunun üzərində yetərincə işləmək lazımdır. Dövlət və QHT- lər bu məsələdə işləməli, bu sahədə dəstək olmalıdırlar”.
Qeyd edək ki, məktəb və ev arasında davamlı ünsiyyət və əməkdaşlıq uşağın öyrənmə prosesini dəstəkləyir və onun həyat bacarıqlarını inkişaf etdirməsinə kömək edir.
Pərvanə Fərhadqızı