Xəbərlər 29.02.2024 16:41 1954

Köçü planlaşdırılan sakinlərə məşğulluq tədbirləri ilə bağlı məlumat verilib

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına köçə hazırlıq və məşğulluq üzrə işçi qrupunun Biləsuvar rayonunda görüşü baş tutub.

 

Görüş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil edilib.

 

Köçü planlaşdırılan bir qrup keçmiş məcburi köçkünün də iştirak etdiyi görüşdə Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərə köçürülən şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən və planlaşdırılan işlərə dair müzakirələr aparılıb. Eyni zamanda Dövlət Məşğulluq Agentliyinin funksional istiqamətləri və layihələri barədə təqdimat edilib.

 

İşğaldan azad olunmuş ərazilərimizin sakinlərinin aktiv məşğulluq proqramları ilə əhatə olunması istiqamətində aparılan işlər barədə məlumat verilib. Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı