Xəbərlər 26.02.2024 23:17 3034

İctimai şura sədri Xocalıda Prezidentlə görüşündən danışdı – FOTOLAR

Bu gün Xocalı soyqrımın 32-ci il dönümündə Cənab prezident İlham Əliyev Xocalının girişində Xocalı soyqırımı memorialının açılışını edib və Xocalı sakinlərinin bir qurupu ilə görüş keçirib.

Xocalı rayon icra hakimiyyəti yanında ictimai şuranın sədri, “Xocalının səsi” qəzetinin redaktoru Qalib Quliyev Prezidentlə görüşündən danışıb. O qeyd edib ki, bu görüşün təəssüratı heç vaxt yaddaşından silinməyəcək: “Biz bu görüşə fərqli duyğular, fərqli hislərlə gedirdik. Həm qürur, həm fərəh, həm də kədər hissi qarışıq idi. Kədərlənirdik ki, Xocalı soyqrımının 32-ci il dönümünü qeyd edirik, həmin ağrılar gözlərimiz qarşısında canlanır, qaysaq bağlamayan yaralar bir daha qəlbimizi ağrıdır. Fərəh, qürür hissi ona görə keçirirdik ki, artıq Şəhidlərimizin ruhları şaddır, mənən rahatlıq keçirirdik. Özümüzü xoşbəxt hiss edirdik ki, 32 ildən sonra Xocalıya ayaq basarkən Cənab Prezidentimizlə görüşürük. Bu böyük fərəh, qürur hissidir. Biz Xocalı şəhərinə getdik, orada aparılan bərpa, quruculuq işləri ilə tanış olduq. Çox gözəl evlər tikilib, sakinlərimiz ürəklə öz doğma torpaqlarına qayıtmaq arzusu ilə həyacanlanırdılar”.

Qalib Quliyev həmçinin bildirib ki, bu il Xocalıya qayıdış olacaq, inşallah Novruz tonqalımız da Xocalıda alovlanacaq: “Mən sakinlərimizin qürurlu fərəhli günləri ilə sevindiyimi, fəxr hissi keçirdiyimi bildirmək istəyirəm. Biz həmişə qəzetimizin səhifələrində böyük səfərimizdən, böyük qayıdışımızdan olan inamımızdan yazırdıq. Çox şükür ki, Xocalıya qayıdışımıza qəzetimizin səhifələrində işıqlandırırıq. Bu bizim üçün müqəddəs arzulardan biri idi. Çox şükür bu arzulara çatdıq. Arıq Xocalının səsi qəzetinin səsi doğma ocaqlardan, doğma torpaqlardan gəlir”.

QHT sədri qeyd edib ki, Cənab prezidentimiz sakinlərlə görüşündə bildirib ki, Bakıda Xocalı soyqrım abidəsinin tikilməsi nəzərdə tutulurdu, amma hər il tərəddüd edilirdi: “Ona görə ki, inanırdıq ki, bir gün Xocalımız azad ediləcək və belə xatirə kompleksi Xocalımızda tikiləcək. Çox şükür qismətimiz oldu. Xocalı soyqırımı memorialının tikiləcəyi ərazi olduqca uğurlu yerdə təyin edilmişdir. Belə ki, Xocalıya gələn hər bir sakinimiz həmin o memorialın yanından keçərkən mütləq ayaq saxlayacaq və şəhidlərimizin ruhunu yad edəcək. Memorialda Xocalı soyqrımı, erməni vəhşiliyi haqqında məlumatlar, həmçinin Xocalının coğrafi mövqeyini təsvir edən müxtəlif maketlər yer alacaq. Ziyarətçilər memorialda Xocalıların düşmənə qarşı mərdliyi ilə də tanış olacaqlar. Bu indiki və gələcək nəsillərə Xocalı soyqırımı haqqında Qarabağ həqiqətləri haqqında olduqca əhəmiyyətə malikdir”.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı