Xəbərlər 26.02.2024 13:39 1773

QHT hesabat ilə əlaqədar mətbuat konfransı keçirəcək

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Azərbaycanda minalar və partlamamış hərbi sursatlar probleminin həllinə yönəlmiş tədqiqata əsaslanan hesabatın hazırlanması, minaların və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi” adlı layihə çərçivəsində Azərbaycan və ingilis dillərində hazırlanmış hesabat ilə əlaqədar mətbuat konfransı keçirəcək.

QHT.az xəbər verir ki, bu barədə Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib ki, layihə Kanadanın Azərbaycan Respublikasındakı səfirliyinin “Yerli təşəbbüslər üçün Kanada Fondu” proqramı çərçivəsində maliyyələşdirilir: “Layihənin məqsədi Azərbaycan Respublikasının bütün ərazisində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi sursatlar problemi ilə bağlı təhqiqatlar apararaq hesabat hazırlamaq, geniş ictimaiyyət arasında məlumatlılığın artırılması, minalar və partlamamış hərbi sursatların qurbanlara və icmalara təsirinin öyrənilməsi olmuşdur”.

Qeyd edək ki, mətbuat konfransı 27 fevral 2024-cü il tarixdə saat 12.00-da Trend İnformasiya Agentliyinin (Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14, Elmlər Akademiyası metrostansiyası yanında) konfrans zalında keciriləcəkdir. Bütün KİV nümayəndələri dəvətlidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı