Xəbərlər 23.02.2024 10:41 964

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası... FOTO

Bu gün Bakının ev sahibliyi etdiyi Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası işini komitə iclasları ilə davam etdi.

QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.

APA-nın 14-cü sessiyası çərçivəsində İqtisadi və davamlı inkişaf və Büdcə və planlaşdırma komitələrinn iclasları keçirildi. Hər iki iclasda Azərbaycan deleqasiyası gündəlikdə olan məsələlərlə bağlı təkliflərini səsləndirdi. Assambleyanın 14-cü sessiyasının sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək. Plenar sessiya işinə fevralın 24-də yekun vuracaq.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı