Xəbərlər 22.02.2024 17:01 3441

QHT sədri: “Bu qərarın qəbulu Azərbaycanda təhsilin inkişafına xidmət edəcək”

Sertifikasiyada uğur qazanan müəllimlərin əmək haqqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur. Mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əmək haqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır.

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev QHT.az-a açıqlamasında bildirib ki, sertifikatlaşdırma prosesində iştirak edən müəllimlərin fəaliyyətinin artmasının tələbə uğuruna təsiri iqtisadi cəhətdən də ölçülə biləcək: “Belə ki, təhsildə keyfiyyətin yüksəlməsi savadlı və intelektual bacarıqlara sahib olan mütəxəssislərin yetişməsi, yeni texnologiyanın tətbiqində və ölkənin iqtisadi inkişafı proseslərində yüksək naliyyətlər əldə edə biləcək yeni nəsilin formalaşmasına səbəb olacaq. Əminəm ki, bu qərarın qəbulu Azərbaycanda təhsilin inkişafına xidmət edəcək və müsbət nəticələr əldə olunacaq”.

 

Pərvanə Fərhadqızı

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı