Xəbərlər 21.02.2024 23:12 1355

İran Rusiyaya 400-ə yaxın ballistik raket verib

İran Rusiyaya çoxlu güclü “yer-yer” ballistik raketləri verib.

QHT.az xəbər verir ki, İran rəsmilərindən biri agentliyə bildirib ki, bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var. İranın üç mənbəsi agentliyə bildirib ki, respublika Rusiyaya 400-ə yaxın raket verib ki, onların da çoxu “Fateh-110” qısa mənzilli ballistik raketlər ailəsinə aiddir. Xüsusilə, söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketlərindən gedir.

Bildirilir ki, Rusiya indiyədək ən azı dörd raket göndərişi alıb və yaxın həftələrdə daha çox göndərişin daşınacağı gözlənilir. İranlı mənbələrdən birinə görə, İran və Rusiya hərbçiləri arasında Tehran və Moskva görüşləri zamanı əldə olunmuş razılaşmanın şərtlərinə əsasən, çatdırılmalar yanvarın əvvəlində başlayıb.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı