Xəbərlər 19.02.2024 15:48 2913

Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı mediatorlarla görüş keçirilib

Dövlət Vergi Xidməti və Mediasiya Şurası arasında qurulan səmərəli əməkdaşlığın davamı olaraq Vergi Məcəlləsindəki dəyişikliklərlə əlaqədar mediasiya təşkilatları və mediatorların vergitutma məsələləri çərçivəsində 15 fevral 2024-cü ildə Dövlət Vergi Xidməti və Mediasiya Şurasının təşkilatçılığı ilə görüş baş tutub. Görüş ZOOM platforması üzərindən onlayn şəkildə keçirilib.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının Etika Komitəsinin sədri, mediator Aqil Əsgərov görüşü açıq elan edərək mediasiya təşkilatları əməkdaşlarını və mediatorları maraqlandıran sualları səsləndirmişdir. Görüş zamanı DVX-nın idarə rəisləri Nigar Vahabzadə, Məmməd Quliyev, şöbə müdiri Yunis Quliyev Məcəlləyə edilmiş əlavə və dəyişikliklər fonunda mediasiya təşkilatları nümayəndələrini və mediatorları maraqlandıran suallara aydınlıq gətirmişdir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı