Xəbərlər 19.02.2024 15:03 2128

Avropa İttifaqı Apple-ı 500 milyon avro cəzalandıracaq

Cərimə martın əvvəlində elan ediləcək.

QHT.az xəbər verir ki, Avropa İttifaqı ABŞ-ın “Apple” korporasiyasını Aİ rəqabət qanununun mümkün pozuntularına görə cərimələməyə hazırlaşır. Texnologiya nəhənginə qarşı cəzaların məbləği təxminən 500 milyon avro (539 milyon dollar) təşkil edəcək. Cərimənin gələn ayın əvvəlində açıqlanacağı gözlənilir.

Qeyd olunur ki, ötən il Avropa Komissiyası tərtibatçıların istifadəçiləri daha büdcəyə uyğun olan digər satınalma variantları haqqında məlumatlandırmasına mane olan App Store qaydalarına görə Apple-ı musiqi axını bazarında rəqabəti təhrif etməkdə ittiham edib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı