Xəbərlər 19.02.2024 13:49 1216

Azərbaycanın Milli Qəhrəmanı - şəhid mayor Vəzir Sədiyevin anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Vəzir Sədiyev 1993-cü ilin 19 fevral tarixində Ağdərə rayonunun Həsənriz kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 6 iyun 1961-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. Orta təhsilini Qərbi Azərbaycanda alan Vəzir daha sonra Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olub. O, Əfqanıstan müharibəsində iştirakı zamanı yüksək səviyyəli xidmətinə görə "mayor" rütbəsi alıb. Dəhşətli Xocalı soyqırımından sonra könüllü olaraq müharibəyə qoşulmağı qərara alan Vəzir Sədiyev Laçın, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüşlərdə iştirak edib. Milli Orduda artilleriya hissələrinin yaradılmasında onun böyük xidmətləri olub.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli fərmanı ilə Sədiyev Vəzir İsa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı