Hər bir insan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna malikdir- VİDEO
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü münasibətilə BMT-nin Azərbaycandakı nümayəndəliyi BDU-nun Hüquq fakültəsi ilə birgə maddələrin sadələşdirilmiş izahlı videoçarxını hazırlayıb.
QHT.az xəbər verir ki, 27-ci maddəyə əsasən, hər bir insan, cəmiyyətin mədəni həyatında iştirak etmək, incəsənətdən həzz almaq, elmi tərəqqidə iştirak etmək və onun nemətlərindən istifadə etmək hüququna malikdir. Hər bir insan, müəllifi olduğu elmi, ədəbi və bədii əsərlərin nəticəsi olan mənəvi və maddi mənafelərinin müdafiə olunması hüququna malikdir.