Xəbərlər 17.02.2024 15:57 6833

Rauf Zeyni Prezidenti təbrik edib - Milli QHT Forumunun üzvləri adından

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni  İlham Əliyevi növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyi  münasibətilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvləri adından təbrik edib.

QHT.az təbrik məktubunun mətnini təqdim edir.

 

Möhtərəm cənab Prezident,

Sizi 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində parlaq qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun üzvləri adından təbrik edirik.

Azərbaycan xalqının adını qalib xalqlar siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edən Liderin qələbə qazanması labüd idi. Bu, Sizin müdrik siyasətinizə Azərbaycan xalqının inamını bir daha sübut etdi.

Ulu Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, səadət, Vətənimizin daha da inkişafı naminə qətiyyətlə və əzmlə həyata keçirdiyiniz milli, bəşəri, mütərəqqi siyasətinizdə yeni-yeni uğurlar və qələbələr arzulayırıq.

İnanırıq ki, Sizin rəhbərliyinizlə dövlətimiz daha da inkişaf edəcək, Ordumuz daha da güclənəcək, Azərbaycanın beynəlxalq nüfuzu daha da artacaq, Azərbaycan xalqı dünya arenasında yeni qlobal layihələrə, yeni tarixi qələbələrə imza atacaqdır.

Dərin hörmət və ehtiramla,

Rauf Zeyni

Azərbaycan Milli QHT Forumunun prezidenti.

Azərbaycan Respublikası, Bakı şəhəri.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı