Xəbərlər 16.02.2024 12:26 3099

Hindistanda fermerlər ümummilli tətil elan ediblər

Hindistanda fermerlər və kəndlilər bütün həmfikir təşkilatları tətildə iştirak etməyə çağırıblar.

QHT.az xəbər verir ki, fermerlər bildirirlər ki, aksiya çərçivəsində saat 12:00-dan 16:00-dək dörd saat ərzində bir neçə dəmir və magistral yolları bağlamaq niyyətindədirlər. Nəqliyyatın kəsiləcəyi, əlavə olaraq kənd təsərrüfatı işlərinin dayanacağı, kənd dükanlarının və kənd təsərrüfatı müəssisələrinin bağlı qalacağı gözlənilir. Bu arada, fermerlər Yeni Dehlidə yürüşə davam edəcəklərini, lakin bazar günü, fevralın 18-də hakimiyyətlə danışıqların növbəti mərhələsini keçirməyə hazır olduqlarını söylədilər. Cümə axşamı axşam saatlarında razılaşma əldə olunub və səlahiyyətlilər fermerlərin tələblərini nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

Yeni Dehliyə gedən fermerlər Yeni Dehlidən 100 km-dən çox məsafədə yerləşən Haryana əyalətinin sərhədində dayandırılırlar. Polis etirazçıların irəliləməsini dayandırmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Lakin etirazçılar paytaxta yürüş etmək niyyətində olduqlarını bildiriblər və onlar da baş nazir Narendra Modi ilə görüş tələb edirlər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı