Xəbərlər 13.02.2024 11:10 582

İngiltərə Qırmızı dənizdəki gərginlik səbəbindən çay qıtlığı ilə üzləşə bilər

Britaniyalılar Qırmızı dənizdəki gərginlik səbəbindən qara çay təchizatında fasilələrlə üzləşə bilər.

QHT.az xəbər verir ki, Britaniyanın ikinci ən böyük pərakəndə satışı ilə məşğul olan Sainsbury's supermarketlərindən birində çıxan elanda deyilir: “Biz bütün ölkədə qara çay tədarükünə təsir edən təchizat problemləri ilə üzləşirik. Yaranmış narahatlığa görə üzr istəyirik və ümid edirik ki, tam təchizat tezliklə bərpa olunacaq”, - deyə müştərilərə xəbərdarlıq edilib. Supermarket sonradan bunun sənaye miqyasında bir problem olduğunu təsdiqlədi.

Qeyd olunub ki, bunlar müvəqqəti fasilələrdir və istehlakçılara mənfi təsir minimal olacaq. Bununla belə, onlar gələcək aylarda müəyyən məhsullar üçün qiymət artımı və qıtlığı istisna edə bilməyəcəklər. Britaniya qara çayının təxminən 50%-i Keniya və Hindistandan gəlir və onun çatdırılma marşrutları əsasən Qırmızı dənizdən keçir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı