Xəbərlər 12.02.2024 14:03 739

Şəhid Cahid Tağızadənin doğum günüdür

Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri olan Cahid Tağızadə 1988-ci il fevralın 12-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2009-2010-cu illərdə “Gizir hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuraraq "gizir" rütbəsi alıb və Daxili Qoşunlarda hərbi xidmətə başlayıb. 2012-ci ildən Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində xidmət etməyə başlayan Cahid Tağızadə 2013-cü ildə Türkiyənin Eğirdir Isparta Dağ Komanda okulunda "DAĞCI" komanda kursunda iştirak edib. Qüsursuz xidmətinə görə dəfələrlə medal və mükafatlarla təltif olunub. Cahid Tağızadə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Murovdağın və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də Cəbrayıl istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Cahid Tağızadə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı