Xəbərlər 12.02.2024 01:35 789

Fransa İsraili döyüşləri dayandırmağa çağırıb

Fransa Xarici İşlər Nazirliyi İsrailin Rəfaha endirdiyi zərbələrdən dərin narahatlığını ifadə edən bəyanat yayıb.

QHT.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb ki, bu gün Rəfah 1,3 milyondan çox insanın sığındığı yerdir. Bu, həm də Qəzza xalqına humanitar yardımın çatdırılması üçün mühüm keçid nöqtəsidir. İsrailin Rəfəhdə genişmiqyaslı hücumu yeni miqyasda fəlakətli humanitar vəziyyət yaradacaq və əsaslandırılmayacaq. Fəlakətin qarşısını almaq üçün hərbi əməliyyatları dayandırmağa çağırışı təkrar edib.

Paris həmçinin İsraili Qəzza zolağında mülki insanların həyatını qorumaq üçün konkret tədbirlər görməyə çağırır.

“Hər yerdə olduğu kimi, Qəzza zolağında da Fransa beynəlxalq humanitar hüquqla qadağan edilmiş istənilən məcburi əhalinin köçürülməsinə qarşıdır. Qəzza zolağının və onun əhalisinin gələcəyini ancaq İsrailin yanında sülh və əmin-amanlıq içində yaşayan Fələstin dövlətində tapmaq olar”, - bəyanatda deyilir. 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı