Xəbərlər 12.02.2024 01:16 993

BMT-nin Baş katibinin Beynəlxalq qadın və qızların elmdə iştirakı günü ilə əlaqədar MÜRACİƏTİ

BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq qadın və qızların elmdə iştirakı günü ilə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

QHT.az həmin müraciəti Azərbaycan dilində sizə təqdim edir:

Elmdə gender bərabərliyi hamı üçün daha yaxşı gələcək qurmaq naminə çox vacibdir. Təəssüf ki, qadınlar və qızlar hələ də elm sahəsində karyera qurmağa mane olan sistematik maneələr və qərəzlə üzləşirlər. Bu, dünyamızı böyük istedaddan məhrum edir. Bu gün qadınlar dünya elm ictimaiyyətinin yalnız üçdə birini təşkil edir, daha az maliyyə vəsaiti əldə edir, daha az nəşr olunurlar.

Ən yaxşı universitetlərdə qadın rəhbərlərin sayı kişilərdən azdır. Bəzi yerlərdə qadınların və qızların təhsil almaq imkanları məhduddur və ya heç yoxdur. Bu, aidiyyəti cəmiyyətlərdə zərər vurmaq aktı və insan hüquqlarının dəhşətli şəkildə pozulmasıdır. İqlim dəyişikliyindən sağlamlığa, ondan süni intellektə qədər bütün sahədlərdəki elmi kəşflər və innovasiyalarda qadınların və qızların bərabər iştirakı elmin hər kəs üçün faydalı olmasını təmin etməyin yeganə yoludur.

Gender fərqinin aradan qaldırılması gender stereotiplərinin ləğvini, qızları elmə yönəlməyə cəsarətləndirən rol modellərin təşviqini, qadınların elmdə irəliləməsini dəstəkləyən proqramların hazırlanmasını və azlıqda olan icmalardakı qadınlar daxil olmaqla hər kəsin istedadını inkişaf etdirən iş mühitinin yaradılmasını tələb edir. Qadınlar və qızlar elmə aiddir.

İnklüzivliyin innovasiyaya təkan verdiyini dərk etməyin və hər bir qadına və qıza öz həqiqi potensialını istifadə etmək imkanı verməyin vaxtıdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı