Xəbərlər 08.02.2024 08:47 13181

Seçki bitən kimi İlham Əliyevi kimlər təbrik etdi?

Azərbaycanda 7 fevralda baş tutan növbədənkənar prezident seçkisində səsvermə başa çatandan və “ekzit-poll”un nəticələri elan olunandan dərhal sonra artıq dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməyə başladı.

 

QHT. az Axar.az-a istinadən xəbər verir ki, ilk təbrik edənlər Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Belarus lideri Aleksandr Lukaşenko oldu.

 

Macarıstan Baş naziri Viktor Orban, həmçinin qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da Mərkəzi Seçki Komissiyasının ilkin rəsmi nəticələri açıqlanana qədər artıq İlham Əliyevə zəng etmişdilər. Ərdoğan eyni zamanda rəsmi məktubla da təbriklərini çatdırdı.

 

İraq lideri Əbdüllətif Camal Rəşid, Serbiya Prezidenti Aleksand Vuçiç, Şimali Kipr lideri Ərsin Tatar, İran Prezidenti İbrahim Rəisi, Pakistan Prezidenti Arif Alvi, Çin sədri Si Szinpin artıq gecə yarısına qədər Prezident İlham Əliyevi inamlı qələbəsinə görə təbrik etdilər.

 

Seçkidə İlham Əliyevin rəqibi olmuş namizədlər də yekun nəticəni gözləmədən təbriklərini yaydılar.

 

Qeyd edək ki, MSK-nın açıqladığı nəticələrinə görə, səslərin 93,3 faizinin sayılmasından sonra İlham Əliyev 92,05 faiz səslə liderdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı