Xəbərlər 02.02.2024 14:00 2596

“Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir” - EKSPERT

Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılıb.

QHT.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bu son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir: “Son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir. Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil”.

 

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı