Xəbərlər 29.11.2023 10:06 1454

FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

Bu çərçivədə, Agentliyin müfəttişləri Goranboy rayonunun Nadirkənd kəndində yerləşən fərdi sahibkar Cəfərova Məmləkət Əhəd qızına məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Yoxlama zamanı yanacaqdoldurma məntəqəsinin işçi layihəsinin texniki təhlükəsizlik üzrə ekspertizadan keçirilmədiyi, istismar olunan tutumların texniki təhlükəsizlik sertifikatının olmadığı, dövlət reyestrində qeydiyyatdan keçirilmədiyi və işçi heyətin biliyinin yoxlanılmasının təşkil olunmadığı müəyyən edilib.

 

Qeyd olunan nöqsanların insan həyatı və sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dərhal dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

 

Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi və əməkdaşları ilə profilaktik söhbətlər aparılıb.

 

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı