Xəbərlər 27.11.2023 20:15 1617

“İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri keçirilib - FOTOLAR

Azərbaycan- Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunun “İmkanlar və perspektivlər” mövzusunda panel müzakirələri keçirilib.

QHT.az xəbər verir ki, panel müzakirələrində Özbəkistan Respublikasının Ali Məclisi yanında qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək ictimai fondunun direktoru Xusanov Otabek Nişonoviç, Demokratik Proseslərin Təhlili Mərkəzinin direktoru Pərdayev Azamat Kenzhaboeviç, “Yüksəliş” Milli Hərəkatının sədri Bekmurodov Bobur Mansuroviç, Qadın və Qızlar Birliyinin sədri Mirodilova Nəsibə Kodladı, Özbəkistan Könüllülər Birliyinin rəhbəri Abidova Şirin Rəhimjanovna, Özbəkistan Əlillər Cəmiyyətinin rəhbəri Abdullayev Kamil Kadamoviç fəaliyyət sahələrinə dair təqdimatlar ediblər.

Panel müzakirələrinin sonunda sual-cavab sessiyası keçirilib. Panelin moderatoru Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov olub.

 

R.İmanov


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı