Xəbərlər 09.06.2023 10:20 931

DYP-dən sürücülərə müraciət

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

 

QHT.az Axar.az-a istinadən  müraciətin mətnini təqdim edir:

 

"Əziz Şuşa" beynəlxalq velosiped turnirinin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.

 

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

 

Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı