Xəbərlər 25.03.2023 17:05 2684

ABF-nin 7 üzvü Xorvatiyaya yola düşüb

ABF-nin 7 üzvü Xorvatiyaya yola düşü

 

Azərbaycan Boccia Federasiyasının 7 üzvi Boccia regional çempionatı üçün Xorvatiyaya yola düşdü.

 

QHT. az  Turaz.org -a istinadən xəbər verir ki, Azərbaycan Boccia komandasınının 4 atlet və 3 müşahidəçisi baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında “2023 Zagreb Boccia regional çempionatı”nda iştirak etmək üçün Xorvatiyanın Zagreb şəhərinə yola düşdü. BC1 qızlar qrupunda Röya Şəfəqqətzadə, BC2 oğlanlar qrupunda Orxan Kərimov, BC2 qızlar qrupunda Sona Ağayeva, BC4 oğlanlar qrupunda isə Xəyal İslamov ölkəmizi təmsil edəcək. Bundan əlavə olaraq Azərbaycan Boccia milli komandası ilk dəfə BC1/BC2 komanda oyunlarında iştirak edəcək.

Qeyd edək ki, yarış 2024 Paris paralimpiya oyunlarına lisenziya xalı qazandırır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı