Xəbərlər 13.03.2023 18:13 2584

UNICEF və Ədliyyə Nazirliyi Azərbaycanda yetkinlik yaşına çatmayanların ədaletli mühakiməsi sisteminin gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərir

UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Göyçay, Ağdaş, Kürdəmir, Ağsu, İsmayıllı və Şəki rayonlarının icra və probasiya məmurları və məhkəmə hakimləri üçün “Uşaqların Ədliyyəyə çıxışı”, “Uşaq yönümlü Ədliyyə” mövzusunda seminar təşkil edilmişdir.

QHT.az xəbər verir ki, tədbir Uşaq Ədliyyəsi sahəsində yenilikləri təqdim etmək və məhkəmə proseslərində uşaqyönümlü ünsiyyət üzrə təlimatın tətbiqi ilə bağlı müzakirələrin aparılmasına köməklik etmişdir. Tədbirin əsas mövzularından bir neçəsi yetkinlik yaşına çatmayanların müdafiəsi və sosial-psixoloji reabilitasiyanın zəruriliyi olmuşdur.

UNICEF uşaqyönümlü ünsiyyət, psixoloqların və sosial işçilərin uşaqların ədalətli mühakiməsində iştirakçılığı və sektorlararası əməkdaşlıq vasitəsilə Azərbaycanda yetkinlik yaşına çatmayanların mühakiməsi sistemini gücləndirmək üçün öz tərəfdaşları ilə işləməyə davam etməkdədir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı