Xəbərlər 30.01.2023 19:38 1965

Polşa: NATO-da müdafiəyə ən çox vəsait ayıran ölkə biz ola bilərik -ÖZƏL

Polşanın baş naziri Mateusz Morawiecki Polşanın bu il ümumi daxili məhsulunun (ÜDM) 4 faizini müdafiəyə ayıracağını bəyan edərək, bunun NATO üzv ölkələri arasında ən yüksək pay ola biləcəyini bildirib.

QHT.az xəbər verir ki, Morawiecki və Polşanın müdafiə naziri Mariuş Blaşçak ölkənin şərqindəki Siedlcedəki 18-ci Mexanikləşdirilmiş Diviziyaya baş çəkiblər.

Polşanın hərbi xərclərinə də toxunan Morawiecki, "Hökumətimiz Polşa silahlı qüvvələrinin gücünü artırmağa üstünlük verir və biz ölkədə daha çox NATO əsgərinin olmasını istərdik" - deyib.

Morawiecki, Ukrayna-Rusiya müharibəsi səbəbiylə Polşa ordusuna sərmayə qoymağa davam edəcəklərinin vurğuladı.

"Bu il biz misilsiz səy göstərəcəyik. Ümumi daxili məhsulun (ÜDM) 4 faizini Polşa silahlı qüvvələrinə xərcləyəcəyik. Bu, NATO-ya üzv olan bütün dövlətlərin faizi kimi orduya ən böyük xərc ola bilər" - deyə qeyd edib.

Polşa ötən il bir sıra irimiqyaslı hərbi alışlar edib, o cümlədən ABŞ-dan Abrams tankları və HIMARS reaktiv yaylım atəşi sistemləri, Cənubi Koreyadan isə haubitsa, tank və reaktiv təyyarələr.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı