Xəbərlər 27.01.2023 20:13 2358

Livandakı fələstinlilər "İsrailin Ceninə basqını və Qurani-Kərimə hücumlarına" etiraz ediblər - ÖZƏL
 

Livandakı fələstinlilər İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərində 9 nəfəri öldürməsinə, İsveç və Hollandiyada Qurani-Kərimə hücumlarına etiraz ediblər.

QHT.az xəbər verir ki, nümayişlər ölkənin cənubundakı Sayda şəhərindəki Ayn əl-Hilve Qaçqınlar və Əl-Miyye Miyya Qaçqınlar Düşərgələrində, şərqindəki Baalbek şəhərindəki Əl-Cəlil Qaçqınlar Düşərgələrində keçirilib.

Nümayişlərə qatılan fələstinlilər İsrail ordusunun İordan çayının qərb sahilində fələstinlilərə qarşı həyata keçirdiyi basqın və pozuntulara reaksiya verib.

Fələstin rəsmilərindən Camal Xəttab Anadolu Agentliyinə (AA) bildirib ki, Ayn əl-Hilve Qaçqınlar Düşərgəsində keçirilən nümayiş zamanı İsrail qüvvələrinin Cenin Qaçqınlar Düşərgəsinə basqın etməsi İsveç və Hollandiyada Qurana qarşı törədilən cinayətlərə etiraz edib.

Xəttab İsrailin Cenin Qaçqınlar Düşərgəsinə basqını və qadın və uşaqların öldürülməsini insanlığa qarşı cinayət kimi qiymətləndirib.

Livandakı Fəth Hərəkatının liderlərindən Munir əl-Makdah Cenin və digər işğal olunmuş Fələstin torpaqlarının tək olmadığı mesajını vermək istədiklərini bildirib.

Dünən səhər saatlarında İsrail qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi basqında 9 fələstinli həlak olub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı