Xəbərlər 27.01.2023 18:24 11870

“Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin ikinci tədbiri keçirilib

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində ikinci tədbir keçirilmişdir. 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat zamanı , Qazax rayonunun Daş Salahlı kəndindən olan şəhidimiz gizir Kərimov Azad Zakir oğlunun məzarı ziyarət olunmuşdur .

Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermişdir.

Şəhidlərin ailə üzvlərinə layihə cərçivəsində keçiriləcək qol güləşi və mini futbol turnirləri haqda ətraflı məlumatlar vermişdir. Tədbirdə iştirak edənlər Qazax Rayon İcra Hakimiyyətinin əməkdaşı Xəlilli Məhəmməd , Qazax RİH başçısının Daş Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səbuhi Əliyev , şəhid ataları - Elxan Abdullayev , Nəsibov Vaqif , Məmmədov Müqabil , qazilər və veteranlar - Namiq Alıyev , Azər Məmmədov , Cəfər Cəfərov , Məmmədov Avdı , ehtiyatda olan zabit Fərzəliyev Rəşad , “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin idarə heyatinin üzvləri Mustafayev İsmayıl , Suleymanov Suleyman və Əliyev Emin Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər ,sentyabr şəhidləri haqda ətraflı danışaraq vətənpərvər cıxışlar etmişdirlər.

   Şəhidimizin yaxınları göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Ziyarətdə iştirak edən QMİ–nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi . Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.

Ziyarət olunan şəhidimiz:

       1. Şəhid Azad Zakir oğlu Kərimov 1994-cü il mayın 27-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Kərimov Azad Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında gizir rütbəsində xidmət aparmışdır. 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhramancasına şəhid olub. 14 sentyabr tarixində Qazax rayonunun Daş Salahlı kəndində dəfn edilmişdir. "Azərbaycan Bayrağı" ordeni , "Vətən uğrunda" , "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə" , "Xocavəndin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə" , "Kəlbəcərin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur.          

#AzGF #GənclərFondu #gəncliyintəşəbbüsü #GTMİB

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı