Xəbərlər 27.01.2023 18:10 635

Şirvan şəhərində müharibə veteranları üçün yaradılmış təsərrüfatlara baxış keçirilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov özünüməşğulluq proqramı üzrə Şirvan şəhərində müharibə veteranları üçün yaradılmış kiçik təsərrüfatlara baxış keçiriblər.

 

İkinci Qarabağ müharibəsi veteranları Qəhrəmanov Rəşad Rafiq oğlu bərbərxana xidmət sahəsini, Mustafayev Muxtar Əlisəfa oğlu isə qapı və pəncərə istehsalı sexini yaratmaları üçün özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin ediliblər. 

 

R.Qəhrəmanov və M.Mustafayev müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Hər iki müharibə veteranı özünüməşğulluq proqramının dəstəyi ilə yaratdıqları təsərrüfatlarını inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.

 

Dövlət başçısının göstərişinə uyğun olaraq postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı geniş miqyaslı sosial dəstək proqramı həyata keçirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək proqramı çərçivəsində həmin kateqoriyalara aid 122 min şəxsə 264 min xidmət göstərilib. O cümlədən, 16,5 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub ki, onlardan 9,5 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı