Xəbərlər 27.01.2023 15:40 5542

BEŞİNCİ TERROR... Tətikdə İRANDIR! - Jalə Mütəllimova yazır

BEŞİNCİ TERROR...
Tətikdə İRANDIR! 

 

Azərbaycanın İrandakı səfirliyində törədilən TERRORDA  İran xüsusi xidmət orqanlarının əli var. Ancaq dünyanı çaşdırmaq üçün İran ortaya müxtəlif yalan versiyalar atır. Məsələn, qatilin erməni əsilli olması və ya guya səfirlikdə gizlənən həyat yoldaşını axtarmağa gəlməsi kimi absurd,  “feyk-nyus” tirajlayır. Problemi məişət hadisəsi kimi göstərməyə çalışır. Guya terrorçu adlandırılan şəxsin əraziyə azyaşlı uşaqla gəlməsi buna əsaslı sübutdur. Belə olan halda məsələyə yaxınlıqda olan İran polisi niyə müdaxilə etməyib? Sualına isə hələlik cavab yoxdur. Ancaq artıq Azərbaycana bəllidir ki, qatil erməni əsilli deyil. O, İran vətəndaşı Yasin Hüseynzadədır. Terrorçunun İranın xüsusi xidmət orqanları, habelə SEPAH-la əlaqəli olduğu da məlumdur.

 

Ayrıca yayılan video yazılarda, qatilin səfirlikdəki davranışları göstərir ki, əslində məqsəd daha çox qətl törətmək olub. Hadisəni ört-basdır etməyə çalışan İran necə deyərlər tərpəndikcə batır. Çünki ortaya çox ciddi mətləblər çıxır. Hər dövlətin, o cümlədən Azərbaycanın, ərazisində olan səfirliklərin iç mühafiçəzilərinə paralel, yerləşdikləri ölkədə xüsusi xidmət orqanları tərəfindən ayrılan mühafizəçilər də olur. Sual yaranır Azərbaycan səfirliyində TERROR törədilən zaman İranın xüsusi xidmət orqanlarının mühafizəçiləri  binanın qarşısında niyə olmayıb? Ümumiyyətlə, hazırkı ağır durumunda İran öz ölkəsindəki səfirlikləri mühafizə imkanına sahibirmi?!. Təbii ki, yox! Odur ki, qətiyyətlə demək olar, İranda heç bir dövlətin səfirliyinin təhlükəsizliyi təminat altında deyil. Və sirr deyil İran illərdir iqtisadi blokadadadır. Erməni və fransızlar xaric, heç bir kəslə ittifaq qurmur. Hər iki dövlət terror və kütləvi qırğınlarla dünyada ünlüdür. Belə keyfiyyətli dövlətlərlə ittifaq İrana da terror yuvası və “cığal dövlət” imajı qazandırıb. 
 

...Otuz illik Qarabağ savaşında isə siyasi və hərbi müstəvidə Azərbaycana qarşı Ermənsitana paralel İran da döyüşüb. Odur ki, İranın Azərbaycana qarşı gec-tez silaha sarılacağı gözlənilən idi. Amma bunun səfirlikdə TERROR ola biləcəyi az ehtimal edilirdi. Ortada TERRORA paralel ölüm faktının olması dünyaya  İranın əsl simasını göstərdi.  Bu TERROR eyni zamanda İranda, CƏNUBİ AZƏRBAYCANDAKI, azərbaycanlıların hansı əziyyətlər çəkdiyinə diqqət çəkdi. Odur ki, artıq daha ciddi söz deməyin zamanıdır. İranı mənəvi işğal edən fars rejiminə, yüz illərdir verilən əzaba və törədilən TERRORA  qarşı CƏNUBLU QARDAŞLARIMIZ yəqin ki, ayağa qalxıb, öz sözlərini deyəcək!
Başqa bir məsələ şimalla bağlıdır. Azərbaycanda İrana simpatiya ilə yanaşan, fars bayrağı qaldıran,  Xomenyi, Qasım Süleymani aşiqi olanlar  bilməlidir kiI, bu TERRORA qədər, birinci və ikinci Qarabağ savaşında da İranın əli Azərbaycan şəhidlərinin qanına batmışdı. İran hər iki müharibədə Ermənistana Azərbaycanla bağlı kəşfiyyat məlumatları ötürüb.

 

Habelə  Azərbaycan ordusunun irəliləməsinə mane olmaq üçün ermənilərə silahla dəstək verib.  Artıq bu mənasız İran sevgisindən imtina etmənin zamanı çatmadımı? Mütləq çatıb! Hətta bu lazımsız dəyərlərdən əl çəkməyənlərin cəzalandırılması zamanı da çatıb!  Habelə Azərbaycanda İranla layihələr çərçivəsində, qrandlarla əməkdaşlıq edən, ölkədə ciddi medianın imicinə xələl gətirən, sarı media quruluşları da qapadılmalıdır.  Sosial şəbəkələrdə bu məsələlərin ciddi şəkildə monitorinqinin aparılmasına ehtiyac var. 
Bu arada xatırladaq ki, Azərbaycanın Qarabağ zəfəri, Türk Dövlətləri Birliyinin genişlənməsi, Şərqi Zəngəzur layihəsinin reallaşması üçün görülən işlər, Qarabağda sürətli inşaat, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının elan edilməsindən sonra Azərbaycanın beynəlxalq təşkilatlarda artan nüfuzu, habelə dünyanın nüfuzlu təşkilatlarında Azərbaycana qarşı erməni-fransız-fars qruplaşmalarının ifşasından sonra, İrandakı TERROR Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə edilən və ölümlə nəticələnən beşinci hücumdur. 

 

4 avqust 2022-ci ildə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Britaniya mətbuatı səfirliyə hücum edən şəxslərin “Mehdinin nökərləri”  birliyinin üzvləri olduğunu yazıb və Onun İrana bağlılığı istisna edilməyib.  
16 sentyabr 2022-ci ildə Livanda yaşayan ermənilər Azərbaycanın Beyrutdakı Səfirliyinin  qarşısına toplanaraq aksiya keçirdikdən sonra, binaya hücum edib. 
18 sentyabr 2022-ci ildə Fransada yaşayan ermənilər Azərbaycanın Parisdəki Səfirliyinə hücum təşkil edib.  
2022-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı Səfirliyinin xidməti avtomobili atəşə tutulub. Hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəliyi ABŞ-ın müvafiq strukturlarını məlumatlandırıb və kamera görüntülərini təqdim edib. Burada da fars-fransız-erməni qardaşlığının rol oynaması istisna deyil.  

 

 

Bu arada daha bir detal müxtəlif xəbər mənbələri yazır ki, ilk atəşə başlayanda terrorçu mühafizəçiyə əlinin beş barmağını açaraq "BEŞ" işarəsi göstərib. Bu, Böyük Zəfərdən sonra Azərbaycan səfirliklərinə edilən terror hücunlarının statistikasına bərabərdir. Yəni məsələ məişət məsələsi deyil.  


...Və “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyasına görə, xarici ölkənin diplomatik nümayəndəliyi və diplomatlarının təhlükəsizliyi onların yerləşdiyi dövlət tərərfindən təmin edilməlidir. 
 

 

Jalə Mütəllimova
27.01.2023.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı