Xəbərlər 27.01.2023 15:32 1726

Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

 

Azərbaycan Əlil Təşkilatları İttifaqı beynəlxalq təşkilatlara etiraz bəyənatı göndərib

 

Azərbaycan Əlil Təkilatları İttifaqı əlillərin insan hüquqlarının müdafiəsi ilə tanınan “Beynəlxalq Əlillər Alyansı (BİA) və Avropa Əlillik Forumunun (EDF), Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı yaydığı qərəzli məlumatla əlaqədar bəyənat yayıb.

 

Bəyanatda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində Ermənistan tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarı, habelə nəticədə həmin ərazidə yaranan ciddi ekoloji fəsadlar vətəndaş cəmiyyəti nümayəndələrində narahatlıq yaratması səbəbindən dinc aksiyanın başladığı vurğulanır.

 

Eyni zamanda bəyənatda, sosial şəbəkələr və mətbuatda yayılmış videolardan sözügedən dinc aksiya humanitar məqsədlər üçün nəqliyyat vasitələrinin hərəkətinə heç bir məhdudiyyət yaratmadığı, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlər üçün zəruri qida vasitələrinin təminat maşınları, sərnişin daşıyan nəqliyyat vasitələri, təcili tibbi yardım, habelə Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitələrinin Xankəndi – Laçın yolu vasitəsilə sərbəst keçidinə aksiya iştirakçıları tərəfindən gündəlik əsasda şərait yaradıldığı vurğulanır.

 

 

 

Bəyənatın sonunda Azərbaycan Əlil Təkilatları İttifaqı əlillərin insan hüquqlarının müdafiəsi təşkilatlarına qərəzli yanaşmalardan çəkinməyin zəruriliyini vurğulayaraq, həqiqəti əks etdirməyən məlumatları yayımlamamağı və bölgədə sülhün bərpasına dəstək verməyə, qarşılıqlı etibarın artırılmasına təşəbbüs göstərməyə çağırıb”.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı