Xəbərlər 27.01.2023 14:51 1342

MAQATE: Zaporojya AES ətrafında şiddətli partlayışlar baş verir - ÖZƏL

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukraynadakı Zaporojya Atom Elektrik Stansiyasının (ZNPP) ətrafında hərbi fəaliyyət nəticəsində törədilən şiddətli partlayışlar barədə xəbərdarlıq edib. MAQATE komandasının məlumatına görə, elektrik stansiyasında partlayışlar demək olar ki, hər gün baş verir.

Avstriyada yerləşən MAQATE-nin Baş Direktoru Rafael Qrossinin adından verdiyi açıqlamada, “Son günlər və həftələr ərzində demək olar ki, hər gün MAQATE-nin obyektdəki nüvə təhlükəsizliyi və təhlükəsizlik komandası Vyanadakı qərargahına belə hadisələr barədə məlumat verib. Bəzi partlayışlar Avropanın ən böyük Atom Elektrik Stansiyasından (AES) bir qədər məsafədə, digərləri isə stansiyaya daha yaxın məsafədə baş verib.

“Dünən yerli vaxtla saat 10:00 radələrində obyektdəki ofis pəncərələrinin titrəməsinə səbəb olan səkkiz güclü partlayış olub və bu gün daha çox səs eşidilib”. Vurğulanıb ki, ZNPP ətrafında “Nüvə Təhlükəsizliyi və Mühafizəsi Zonası”nın yaradılması ən qısa zamanda təmin edilməlidir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı