Xəbərlər 27.01.2023 13:15 1625

Ailəsi və pərəstişkarları şokdadır: Məşhur qadının meyiti çamadanda tapılıb - ÖZƏL

Sosial medianın məşhur adlarından biri və Kolumbiyada böyük pərəstişkarı olan DJ Trespalaciosun meyiti ölkənin paytaxtı Boqotanın cənub-qərbində zibil konteynerindən tapılıb.
Əsl adı Valentina Trespalacios olan 23 yaşlı qadının cəsədi zibil qabının dibində çamadanda gizlədilib və onun orada nə qədər qaldığı məlum deyil.

QHT.az xəbər verir ki, polis gənc qadının şəxsiyyətini müəyyən etdikdən sonra ətrafı ilə əlaqə saxlayıb. Ailəsi Valentinanın yanvarın 21-i şənbə günündən sevgilisi ilə olduğunu deyəndə gözləri gənc qadının sevgilisi Con Poulosa çevrilib.
35 yaşlı, evli və 3 uşaq atası Con Poulosun ABŞ vətəndaşı olduğu öyrənilib. Kolumbiyalı DJ-in dostları cütlüyün bir müddətdir birlikdə olduğunu və Poulosun həyat yoldaşından ayrılaraq Valentina ilə evlənməyi planlaşdırdığını bildiriblər.

Polisin başlatdığı axtarışdan sonra şübhəli Panamada tutularaq Kolumbiyaya təhvil verilib. Ona qarşı irəli sürülən ittihamları rədd edən Poulos Kolumbiyada Medellin kartelinin təqibinə görə ölkədən qaçdığını və kartelin sevgilisini öldürdüyünü iddia edib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı