Xəbərlər 27.01.2023 11:47 1120

Tarixin ən yaxın asteroid keçidlərindən biri: Yerə 3600 kilometrə yaxınlaşdı - ÖZƏL

Mikroavtobus ölçülü astroid bu günə qədər Yerə ən yaxın asteroidlərdən birinə çevrilib. Asteroid Yerə 3600 kilometr məsafədə gəlib.

QHT.az xəbər verir ki, gecə saatlarında asteroid Cənubi Amerikanın ən cənub nöqtəsi yaxınlığında keçdi. Beləliklə, asteroid Yerə adətən 36.000 kilometr məsafəni qət edən peyklərdən daha çox yaxınlaşdı.

Asteroidi keçən həftə sonu Krımdan həvəskar astronom Gennadiy Borisov müşahidə edib. Amerika Milli Kosmos və Aviasiya İdarəsi (NASA) asteroidin Yer üçün təhlükə yaratmadığını açıqlayıb.

Ölçüsü 3,5 metrə 8,5 metr olaraq hesablanan asteroid, Yerə çarpacaq bir orbitdən keçsə belə, atmosferdə böyük bir atəş topuna çevriləcəkdi.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı