Xəbərlər 27.01.2023 10:24 699

ABŞ-da bir adamı döyərək öldürən beş polis "ikinci dərəcəli qətl"də ittiham olunur - ÖZƏL

ABŞ-da təxminən üç həftə əvvəl döydükləri şəxsi öldürən beş polis məmuru "ikinci dərəcəli qətl"də ittiham olunub.
QHT.az xəbər verir ki, yanvarın 7-də Tennessi ştatının Memfis şəhərində 29 yaşlı Tire Nikols "ehtiyatsızlıq etdiyinə görə" polis tərəfindən saxlanılıb.

Polislər tərəfindən döyülərək saxlanılan Nikols yanvarın 10-da aparıldığı xəstəxanada dünyasını dəyişib. Nikolsun döyüldüyü anların görüntüləri bu gün ictimaiyyətlə paylaşılacaq.

Görüntülər ilk olaraq Nikolsun ailəsinə göstərilib. Memfis polis rəisi Cerelyn Davis görüntülərin yayılmasından sonra ictimaiyyəti sakit olmağa çağırıb.

ABŞ prezidenti Co Bayden də Nichols ailəsinə və Memfis xalqına başsağlığı verib və "dinc nümayişlərə" çağırıb. FTB və ABŞ Ədliyyə Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.

İstintaq çərçivəsində polis məmurları Demetrius Haley, Desmond Mills Jr, Emmitt Martin III və Castin Smith ötən həftə işdən çıxarılıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı