Xəbərlər 26.01.2023 22:32 1148

Neft məhsullarının qiyməti ilə bağlı Aİ ölkələrinə təklif göndərilib - ÖZƏL

Avropa Komissiyası (AK) Rusiya neft məhsullarının qiyməti ilə bağlı təklifi Aİ ölkələrinə göndərib.

QHT.az xəbər verir ki, bu barədə “Reuters” Aİ-dəki mənbəyə istinadən məlumat yayıb.

Qurumdan verilən məlumata görə, qiymət limitinin müzakirəsi yanvarın 27-nə nəzərdə tutulub.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Aİ Rusiya dizel yanacağı üçün 100 dollar/barel qiymət limitinin tətbiqi imkanlarını araşdırır.

Qeyd olunub ki, Aİ diplomatları yanvarın 27-də qiymət həddi ilə bağlı müzakirələrə başlayacaq və danışıqların aktiv kursunun bir neçə gün davam edəcəyi gözlənilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı