Xəbərlər 26.01.2023 20:39 2131

NBC: Bayden fevral ayında Avropaya səfər edə bilər - ÖZƏL
 


ABŞ prezidenti Co Bayden fevralda Avropaya səfər etməyi düşünür.

QHT.az xəbər verir ki, bu barədə NBC-nin jurnalisti Coş Lederman öz Twitter hesabında öz mənbələrinə istinadən məlumat verib.

Baydenin Avropaya səfəri Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasının ildönümünə təsadüf edə bilər.

Eyni zamanda, Amerika liderinin hansı Avropa ölkələrinə səfər etməyi planlaşdırdığı və Ukraynaya səfər edib-etməyəcəyi məlum deyil.

Sentyabrın 9-da ABŞ dövlət katibi Entoni Blinken elan olunmamış səfərlə Kiyevə gəlib.

Ukraynanın paytaxtında o, ABŞ-ın Avropaya iki milyard dollarlıq hərbi yardım ayırdığını bəyan edib. Səfər zamanı Blinken Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə yarım saata yaxın danışıb.

2022-ci il fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin kömək istəyinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirmək qərarına gəldiyini açıqladı.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı